Hadisə

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

2 Oktyabr 2025 17:38
Baxış: 310
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Oktyabrın 1-də Yevlax  rayonu ərazisində 1996-cı il təvəllüdlü Xəyal Zeynalovun aldığı   xəsarətlər  səbəbindən xəstəxənada ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılıb. 

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mahir Baxşalızadənin  rayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Mahir Baxşalızadə  polis əməkdaşları tərəfindən  saxlanılaraq  istintaqa təhvil verilib  və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.