Cəmiyyət

Qarabağ Universitetində “Ustad dərsləri silsiləsi” layihəsinə başlanılıb - FOTO

2 Oktyabr 2025 15:29
Baxış: 321
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qarabağ Universitetinin İncəsənət fakültəsində tələbələrin peşəkar inkişafına dəstək məqsədilə "Ustad dərsləri silsiləsi" adlı layihəyə başlanılıb.

Universitetdən Milli.Az-a bildirilib ki, rektor Şahin Bayramov tələbələrin sənət dünyası ilə birbaşa təmasda olmalarının onların peşəkar inkişafına töhfə verəcəyini vurğulayıb.

"Ustad dərsləri silsiləsi" layihəsinin ilk qonağı pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti, professor Yeganə Axundova olub. Tələbələrlə görüşdə Y.Axundova ifaçılıq sənətinin incəlikləri ilə bağlı təcrübəsindən danışıb və gənc musiqiçilərə tövsiyələrini çatdırıb.

Tədbir çərçivəsində, həmçinin gənc pianoçular Vurğun Vəkilov və Əbdüləli Hüseynlinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində digər sahələr üzrə də tanınmış sənətkarların universitetdə ustad dərsləri keçməsi planlaşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.