"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi bilinib.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, "Qalatasaray"a uduzan Sloveniyanın "Olimpiya" (Lyublana) klubu "Qarabağ"ın potensial rəqibi olub.
Belə ki, "Qarabağ" HİK-i keçsə, onlarla qarşılaşacaq.
Qeyd edək ki, Türkiyənin "Qalatasaray" klubu "Olimpiya"nı üstələyərək UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib. Səfərdəki ilk matçda 3:0 hesablı qələbə qazanan "sarı-qırmızılılar" doğma arenasında da rəqibi məğlub ediblər - 1:0.
Milli.Az