İdman

Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır

4 Avqust 2023 08:48
Baxış: 1 469
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start veriləcək.

Milli.Az xəbər verir ki, açılış oyunu Bakıda baş tutacaq. Çempionatın debütantı "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək. "Dalğa Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq. İki komanda indiyədək Premyer Liqada bir-birinə rəqib olmayıb.

Azərbaycan Premyer Liqası
I tur
4 avqust

20:00. "Araz-Naxçıvan" - "Turan Tovuz"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Dalğa Arena".

Qeyd edək ki, turun "Səbail" - "Sumqayıt" və "Qarabağ" - "Zirə" matçları avqustun 5-də, "Kəpəz" - "Neftçi" və "Sabah" - "Qəbələ" görüşləri isə 6-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.