İdman

Qara Qarayev rəsmən “Neftçi”də! - YENİLƏNİB

24 İyul 2023 20:32
Baxış: 1 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayevlə 2+1 illik müqavilə imzalayıb.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı dayaq yarımmüdafiəçisi yeni komandasının heyətində 2 nömrəli formanı geyinəcək.

Təcrübəli oyunçu karyerası ərzində yalnız "Qarabağ"da çıxış edib. O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandanın heyətində 76 oyun keçirib.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl yığmanın digər üzvləri - qapıçı Emil Balayevi, Xorvatiyaəsilli yarımmüdafiəçi Filip Ozobiçi, həmçinin mərkəz müdafiəçiləri - braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaşı transfer edib.--------

18:18

"Neftçi" Azərbaycan millisinin futbolçusu Qara Qarayevin keçidini açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakı klubu sosial şəbəkə səhifəsində transferin rəsmiləşdiyini elan edib.

Azərbaycan millisinin futbolçusu yeni komandasında 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan 31 yaşlı Qara Qarayev 2008-ci ildən əsas komandada çıxış edib.

-------

14:10

"Qarabağlı olaraq "Qarabağ" daim ürəyimdə qalacaq".

Milli.Az xəbər verir ki, bunu Ağdam təmsilçisindən ayrılan Qara Qarayev şəxsi feysbuk səhifəsində yazıb.

"Köhlən atlar"dan ayrılan 31 yaşlı yarımmüdafiəçi 18 il əvvəl klubun akademiyasında seçimlərə qatıldığı anı xatırlayıb: "Həmin gündən sizi həm futbolçu, həm də bir çox oyunlarda kapitan kimi təmsil etmək çox böyük məsuliyyət idi. Bu anların hər bir saniyəsini yüksək qiymətləndirirəm və fəxr edirəm. Bu 18 il ərzində çalışdım ki, ləyaqətli şəkildə "Qarabağ"ın adını daim uca tutum və şərəflə xidmət edim. İndi isə keçmiş və hazırkı komanda yoldaşlarım, məşqçilər, klubumuzun prezidenti, bu müddət ərzində mənimlə birgə çalışmış insanlar və hər zaman mənə sevgi ilə yanaşan, dəstəkləyən, çətin və yaxşı günlərdə yanımızda olan, xoşbəxt və kədərli günləri birlikdə yaşadığımız azarkeşlərə təşəkkür edirəm. Hər zaman məni öz övladınız, qardaşınız kimi sahibləndiniz".

Təcrübəli oyunçu futbolda böyüməyi, Azərbaycan idmanı tarixindəki bütün uğurlarını bu komandaya borclu olduğunu vurğulayıb: "Bütün azarkeşlərə, eləcə də, "İmarət" və "Qarabağ ordu"ya öz sevgimi bildirmək istəyirəm, siz hər zaman ürəyimdəsiniz! Ayrılıq da sevginin bir hissəsidir".

Qeyd edək ki, Qara Qarayev 2008-ci ildən "Qarabağ"ın əsas komandasında çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.