İdman

“Neftçi” “Spartak”a məğlub oldu

18 İyul 2023 23:14
Baxış: 1 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada təlim-məşq toplanışında olan "Neftçi" yeni mövsüm öncəsi son yoxlama görüşünü keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Bakı klubu Moskvada yerli "Spartak" komandası ilə üz-üzə gəlib.

"Otkrıtiye Bank Arena"da baş tutan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Spartak"ın heyətində 34-cü dəqiqədə Pavel Meleşin, 37-ci dəqiqədə isə Kuinsi Promes fərqləniblər.

Bununla da "Neftçi"nin yay təlim-məşq toplanışı başa çatıb. İyulun 19-da Bakıya qayıdacaq komanda hazırlığın son mərhələsini paytaxtda davam etdirəcək.

Qeyd edək ki, buna qədər Sankt-Peterburqda "Match TV" turnirində iştirak edən "Neftçi" Rusiyanın "Zenit" (1:3), Serbiyanın "Srvena Zvezda" (0:4) və Türkiyənin "Fənərbağça" (0:1) klubları ilə qarşılaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.