İdman

UEFA “Barselona” və “Mançester Yunayted”i cəzalandırdı

14 İyul 2023 23:52
Baxış: 1 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın rəsmi saytında maliyyə qaydalarını pozan klubların cəzaları ilə bağlı məlumat yerləşdirilib.

Milli.Az Matc.az-a istinadən xəbər verir ki, siyahıya iki Avropa nəhəngi - "Barselona" və "Mançester Yunayted" də daxildi.

"Barselona" 2022-ci maliyyə ili ilə bağlı aktivlərin satışından əldə edilən mənfəətlə bağlı səhv hesabat verdiyinə görə 500 min avro cərimələnib.

"Mançester Yunayted" isə öz növbəsində 300 min avro cərimə ödəyəcək.

Qeyd edək ki, Avropanın aparıcı liqalarında 2023-24 mövsümü avqustda başlayacaq. "Barselona" və "Mançester Yunayted"in vəsiqə qazandığı Çempionlar Liqasının qrup mərhələsi isə sentyabrda başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.