İdman

“Neftçi” böyük hesabla uduzdu - VİDEO

8 İyul 2023 22:35
Baxış: 1 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" Sankt-Peterburqda təşkil olunan "Matç TV" turnirində bu gün ikinci oyununa çıxıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, təmsilçimiz bu dəfə Serbiyanın "Srvena Zvezda" klubu ilə qarşılaşıb. "Smena" stadionunda baş tutan oyun Bakı vaxtı ilə saat 20:30-da başlayıb.

Qarşılaşma  rəqibin böyük hesablı qələbəsi ilə nəticələnib. İlk yarıda 3 qol vuran serbiyalılar fasilədən sonra daha bir dəfə fərqlənib.

"Neftçi"nin turnirdəki sonuncu rəqibi "Fənərbaxça" (Türkiyə) olacaq. Bu komandalar arasındakı oyun  iyulun 15-də keçiriləcək. 

Qeyd edək ki, təmsilçimiz turnirin startında yerli "Zenit"ə 1:3 hesabı ilə məğlub olmuşdu.

"Neftçi" (Azərbaycan) - "Srvena Zvezda" 0:4
Qollar: İvaniç, 9; Mitroviç, 17; Bukari, 45, Sijivic, 81
Sankt-Peterburq, "Smena" stadionu. Hakimlər: Artyom Lyubimov, Rəşid Abusuyev, Dmitri Yermakov

"Neftçi": İvan Brkiç, Solomon Kverkveliya, Azər Əliyev, Mateus Saldanya, Filip Ozobiç,  Eddi İsrafilov (k), Rəhman Hacıyev, Azər Salahlı, İsmayıl Zülfüqarlı,  Ömər Buludov, Fərid Yusifli

Ehtiyat oyunçular: Emil Balayev, Rza Cəfərov, Kenni Sayef, Emun Mahmudov, Kilan Lebon, Ataa Caber,  Elton Əlibəyli, Samir Həsənov, Yeqor Boqomolski, Rüfət Abbasov,  Hüseyn Babayev,  Ağadadaş Salyanski, Ömər Qurbanov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.