Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında finala vəsiqə qazanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, 68 kq-da çıxış edən idmançı yarımfinalda fransalı Alize Ajyeni 3:0 hesabı ilə məğlub edib.
O, qızıl medal uğrunda qarşılaşmada isveçrəli Yelena Kuiriçi ilə üz-üzə gələcək.
Milli.Az