Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Şuranın sədri Elşad Məmmədov uşaqpulu məsələsinə münasibət bildirib.
Milli.Az "modern.az"a istinadla xəbər verir ki, o, ölkədə çoxuşaqlı ailələrə verilən müavinətlərin və güzəştli kateqoriyaların artmasının problemin həllinə yetərli olmayacağını bildirib. Ekspert müavinətlərin artırılmasının sosial xərcləri qarşılamadığını və bu yanaşmanın uzunmüddətli həllə gətirib çıxarmadığını vurğulayıb.
"Hesab edirəm ki, ölkəmizdə bununla bağlı vəziyyət qənaətbəxş sayıla bilər. Əgər biz çoxuşaqlı ailələrə müavinətlərin verilməsi üzərində fokuslansaq, heç kim müavinətlərin azalmasını istəməyəcək. Biz hamımız əhalinin sosial müdafiəsinin daha çox təmin olunması üzərində çalışmalıyıq. Bunun üçün də ölkə iqtisadiyyatına investisiyaları çoxaltmalıyıq, iqtisadiyyatın çoxşaxəli istiqamətini təmin etməliyik, yüksək texnoloji tutumlu sahələri inkişaf etdirməliyik ki, vətəndaşlarımız, o cümlədən çoxuşaqlı ailələr işlə təmin olunaraq öz sosial müdafiələrini təmin edə bilsinlər. Desək ki, bu kateqoriyaya artıq 4 uşağı olanları da aid etmək olar, amma verilən müavinətlər həmin ailələrin sosial xərclərinin qarşısını ala bilirmi? Hətta o müavinətlərin 30, 40, 50% artırılması problemi həll edəcəkmi? Ona görə də mən aktiv məşğulluq siyasətinin tərəfdarıyam. Bunun üçünsə biz dövlət investisiyalarını artırmaqla yanaşı, elə şərait yaratmalıyıq ki, özəl investisiya institutu lazımi səviyyədə işə düşsün. Bank kreditləri investisiyaların artımına xidmət etməli, iqtisadiyyatda şaxələndirmə olmalıdır. Əgər iqtisadiyyat bir istiqamətdən çox asılıdırsa, əmək bazarında tarazlığı təmin edə bilməzsiniz. Müavinətlər, güzəştli kateqoriyaların sayı artırılsa da, bu problemlər daha da zəncirvari şəkildə davam edəcək. Çünki o zaman insanlarda fikir formalaşacaq ki, hansısa kateqoriyalara düşüb dövlətdən müavinət alsınlar. Amma biz əks istiqamətdə hərəkət etməliyik ki, insanlarımız əmək bazarına inteqrasiya olunsunlar. Burada bir sual yarana bilər ki, bizim kompetensiyamız var, amma əmək bazarında iş yoxdur. Mən bu iradı qəbul edirəm. Mən dəfələrlə demişəm, yüksək peşəkarlıq bacarığına malik olan insan üçün həmişə iş var. Amma hər kəsin kompetensiyası yüksək səviyyədə deyil. Peşəkarlığı aşağı olan insanların iş tapması üçün problemlər var, bunu etiraf edirəm. Amma onların əmək bazarına cəlb olunması, təhsillə bağlı kompetensiyalarının yüksəldilməsi sosial sahə ilə bağlı məsələ deyil. Bu, iqtisadiyyatın strukturuna, təhsil müəssisələrimizin sisteminə daxildir. Bu problemi sistemli şəkildə həll etmək lazımdır. Daha çox iş yerləri açılmalı, bunun üçün iqtisadiyyatın strukturu dəyişməlidir. Bunun üçün də təhsil müəssisələrimiz öz mənfəətlərinə fokuslanan deyil, ölkənin uzunmüddətli, dayanıqlı sosial inkişafına yönəlik siyasət aparmalıdır. Əmək bazarı bir tərəfdən sosial müdafiə sistemi, digər tərəfdən təhsil sistemi, eyni zamanda milli iqtisadiyyatın strukturu və dövlət qurumlarının koordinasiya edilmiş fəaliyyətidir. Biz buna nail olmalıyıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)





