Bakıda milyardlıq razılaşma - Tarixi uğura kölgə salmaq istəyənlər kimdir?
Uzun müddətdir müzakirə olunan COP29 həftəsi yekunlaşıb. Bugündən Bakıda COP-la bağlı qoyulan məhdudiyyətlər tam aradan qaldırılıb. Bakı beynəlxalq səviyyəli tədbiri uğurlu şəkildə təşkil edərək həm nüfuzumuzu, həm təhlükəsiz ölkə olduğumuzu isbatladı. Bakıda tarixi naliyyət əldə olundu. COP29-da 300 milyard dollar maliyyə hədəfi həqiqətən tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradılıb. Belə ki, inkişaf etmiş ölkələr hər il inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 100 milyard dollar ayıracaq və bu məbləğ 2035-ci ilədək 300 milyard dollara çatdırılacaq.
Planetin gələcəyini qorumaqla bağlı, iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığı gücləndirmək və inkişaf etməkdə olan ölkələri dəstəkləmək məqsədini daşıyan razılaşmanın əldə olunması Bakının böyük uğurudur. Bunun uğurla həyata keçirilməsi isə əsasən inkişaf etmiş ölkələrin vədlərinə əməl etməsinə və ayrılan maliyyə vəsaitlərinin ədalətli və şəffaf idarə olunmasına bağlıdır.
COP29-da müəyyən edilən 300 milyard dollar maliyyə hədəfi iqlim dəyişikliyinə qarşı mübarizə və qlobal karbon emissiyalarının azaldılması məqsədilə istifadə olunacaq. Bu vəsait, əsasən, bərpa olunan enerji mənbələrinin inkişafına, enerjidən səmərəli istifadəni təşviq edən texnologiyalara və iqlim təsirlərinə həssas bölgələrdə davamlı infrastruktur layihələrinə sərf ediləcək. Həmçinin, inkişaf etməkdə olan ölkələrə iqlim adaptasiyası və karbon emissiyalarını azaltmaq üçün texniki və maliyyə dəstəyi təmin ediləcək. Bu fondlar şəffaflıq və ədalət prinsipləri ilə idarə olunacaq.
Sözügedən razılığın əldə olunmasında maneələr var idi. Xüsusilə ABŞ və Avropa İttifaqının, maliyyə yükünü üzərlərinə götürməkdən çəkinməsi ciddi problemlər yaradıb. Cozef Bayden Administrasiyası və Aİ rəhbərliyi əlaqəli şəkildə müzakirələri hədəfdən yayındırmaq yolunu tutmalarına baxmayaraq, inkişaf etməkdə olan ölkələrin güzəştə getməsi və qlobal ictimaiyyətin təzyiqləri nəticəsində ortaq razılıq əldə olunub.
Maliyyə hədəfinin müəyyən edilməsi prosesində yaranan gərginliyin əsas səbəbi, Avropa İttifaqının və xüsusilə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin sərgilədiyi mövqe olub. Dekabrda başa çatacaq yeni Komissiya heyətinin formalaşdırılması və təsdiqlənməsi ilə bağlı Brüsseldəki işlərini bəhanə edərək Bakıya gəlməyən Ursula fon der Leyen razılaşma ilə bağlı mövqeyini hələ tədbir başlamışdan bildirib. Onun rəhbərliyi altında Avropa İttifaqı iri maliyyə öhdəlikləri götürməkdən çəkinərək, danışıqlarda uzlaşma əldə edilməsini çətinləşdirib.
Razılaşmanın əldə olunmasını çətinləşdirən, əməkdaşlıqdan çox qalmaqal yaratmağa çalışan şəxslərdən biri də Almaniyanın xarici işlər naziri Annalena Berbok idi. Berbok COP29 zirvəsi çərçivəsində Aİ-ni təmsil etmək üçün Bakıya səfəri zamanı iqlim dəyişikliyi məsələlərinə tam diqqət yetirmək əvəzinə, bir sıra mübahisəli addımlar atıb. O, mətbuat konfransı keçirərək əsas müzakirə mövzusu olan iqlim problemlərindən kənara çıxaraq Azərbaycanda insan haqları mövzusuna fokuslanıb. Həmçinin müxalifət nümayəndələri və Qərbin Azərbaycandakı şəbəkə fəalları ilə görüşlər təşkil edibi ki, bu da zirvə kontekstində diqqətlərin əsas məqsəddən yayınmasına səbəb olub.
Zirvənin sonuncu günündə isə Annalena Berbok COP29 müzakirələrində iştirak etməsinə baxmayaraq, iqlim məsələlərində konstruktiv töhfə verməkdən çox, gərginlik yaradan mövqelər nümayiş etdirib. Berbokun bu davranışları beynəlxalq aləmdə tənqidlərə səbəb olub və onun zirvədəki əsas funksiyasını ikinci plana saldığı barədə fikirlər formalaşdırıb. Sözsüz ki, bu yanaşma COP29-un əhəmiyyətini kölgədə qoya bilmədi. Amma, onun Aİ təmsilçisi olaraq daha ciddi mövqe sərgiləməsi gözlənilirdi.
Bu kimi maneələrə baxmayaraq COP29 iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərin daha da gücləndirilməsi üçün əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü. Bu tədbir çərçivəsində 300 milyard dollar dəyərində maliyyə hədəfinin müəyyən edilməsi, yalnız cari ehtiyacların qarşılanması deyil, həm də gələcəkdə daha genişmiqyaslı məqsədlərə çatmaq üçün mühüm təməl rolunu oynayır. Bu məbləğ iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması və inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi üçün vacib bir resurs olaraq qəbul edilir. Qarşıdakı dövrdə bu maliyyə hədəfinin daha da artırılması və əlavə resursların təmin edilməsi istiqamətində işlərin görülməsi üçün əlverişli şərait yaradıldı ki, bu da tədbirin strateji əhəmiyyətini daha da artırır.
Azərbaycanın ev sahibliyi etdiyi COP29 zirvəsi isə təşkilatçılıq səviyyəsinə görə beynəlxalq aləmdə böyük rəğbət qazandı. Tədbir çərçivəsində iştirak edən dövlətlər və beynəlxalq təşkilatlar arasında qurulan konstruktiv dialoq, iqlim dəyişikliyinə qarşı qlobal səviyyədə həmrəyliyin gücləndirilməsində mühüm rol oynadı. Azərbaycanın bu möhtəşəm tədbirə ev sahibliyi etməsi, yalnız logistika və təşkilati bacarıqları deyil, həm də ölkənin iqlim dəyişikliyi ilə bağlı qlobal məsələlərdə fəal iştirakını nümayiş etdirdi. Bu tədbir həm nəticələr baxımından, həm də göstərilən qonaqpərvərlik və təşkilatçılıq səviyyəsi ilə yadda qaldı. Nəticədə, COP29 təkcə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərin gücləndirilməsi baxımından deyil, həm də Azərbaycanın bu mübarizədəki önəmli rolunu vurğulayan tarixi bir hadisə kimi qiymətləndirilir.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əli Əsədov iclas keçirdi
-
Azərbaycanda daha bir dövlət qurumunun bəzi avtomobilləri operativ nəqliyyat sayılacaq
-
Mayın 12-də Milli Məclisdə vacib qərarlar VERİLƏCƏK
-
Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsinin təhrif olunmasına XİN-dən reaksiya
-
Baş nazirdən QƏRAR
-
Prezident: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur
XƏBƏR LENTİ
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO
-
Direktor müavini vəfat etdi - FOTO
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - VİDEO - FOTO -YENİLƏNİB
-
Növbəti torpaq hərracları keçiriləcək
-
Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq
-
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı ARTIB
-
Əli Əsədov iclas keçirdi
-
Gənc pianoçu Cəmil Sədizadə Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
-
Leyla Mustafazadə vəfat ETDİ
-
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
-
İmtahanda yüksək bal toplayanların SİYAHISI
-
Bu bölgələrdə qaz OLMAYACAQ - Xəbəriniz olsun
-
Röya izləyicilərini sevindirdi - VİDEO
-
Bu ərazilərə leysan yağır - FAKTİKİ HAVA
-
Azərbaycanda daha bir dövlət qurumunun bəzi avtomobilləri operativ nəqliyyat sayılacaq
-
"Bacım uşaqlarına gözəllik salonu ALMIŞAM"
-
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
-
AFFA-dan “Qarabağ”a ağır cəza
-
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
-
2 günə 50 minə yaxın izləyici itirdilər
-
Yol polisi Zaqatalada “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirdi - VİDEO
-
Azərbaycanda kişilər də məişət zorakılığı ilə bağlı müraciət edir - RƏSMİ
-
Naxçıvanda maşın aşdı
-
İran BƏƏ-yə raket və PUA hücumu etdi - Yaralananlar var





