Səhvən sevgilisinin milyonlarını zibilliyə atdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qız səhvən sevgilisinin milyonlarını zibilliyə atıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, olay Britaniyada, Uelsin Nyuport şəhərində yaşanıb.
Uelsdə yaşayan James Howells adlı şəxsin sevgilisi Halfina Eddy-Evans səhvən onun içində bitkoin olan hard diskini zibilliyə atıb.
Halfina baş verən hadisəni belə izah edib: "James özü dedi ki, zibilləri atım. Qara torbalarda bir neçə köhnə əşya var idi. Mən də zibilliyə atdım. İçində belə dəyərli bir şey olduğunu bilmirdim. İndi ümid edirəm ki, taparlar və bu mövzudan danışmağı dayandırar! Onun pulundan bir qəpik belə istəmirəm, təki sussun."
O dövrdə Bitcoin-in bu qədər dəyərli olmadığını və hard diskindəki şifrəni unudduğunu söyləyən James Howells, hazırda bu 8.000 bitkoinin təxminən 717 milyon dollara bərabər olduğunu qeyd edib. O, hard diskin tapılması üçün Newport Bələdiyyəsinə müraciət edib, lakin bələdiyyə ətraf mühitə zərər verəcəyini əsas gətirərək axtarış işlərinə icazə vermir.
Howells bələdiyyəyə 495 milyon funt sterlinq məbləğində təzminat davası açıb və əgər hard diski tapsa, pulun 10%-ni şəhərə bağışlamağı vəd edir. O, Nyuportu "İngiltərənin Dubayı"na çevirməyi planlaşdırır.
Hadisə James-in noutbukuna meyvə şirəsi dağılması ilə başlayıb və bu səbəbdən kompüter sıradan çıxıb. O, noutbukun ehtiyat hissələrini satsa da, hard diski saxlayıb, lakin sonradan bu hard disk digər köhnə əşyalarla birlikdə zibilliyə atılıb. James, bələdiyyəni məhkəməyə verdikdən sonra 3 dekabrda keçiriləcək məhkəmə iclasını gözləyir.
Qeyd edək ki, Howells bitkoini 2009-cu ildə alıb.
İsmayıl
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Rusiya strateji aviasiyasını niyə Uzaq Şərqə köçürür?
-
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
XƏBƏR LENTİ
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
-
Rusiya strateji aviasiyasını niyə Uzaq Şərqə köçürür?
-
XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım
-
Azərbaycan nefti ucuzlaşdı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Dövlət Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib - (Foto)
-
Nisyə mal satanlara yeni tələb qoyulur - Bu gündən





