İspaniyanın "Xetafe" klubunda 2022/2023 mövsümünün ən yaxşı oyunçusu açıqlanıb.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, türk hücumçu Enes Ünal La Liqa təmsilçisində başa çatan sezonun Ən yaxşısı adına layiq görülüb.
O, azarkeşlər arasında keçirilən sorğuda qalib olub.
Qeyd edək ki, Enes Ünal son mövsümdə komandanın heyətində meydana çıxdığı 38 rəsmi matçda 15 qol ilə yadda qalıb.
Milli.Az