İdman

“Fənərbağça”nın finaldakı rəqibi bəlli oldu - VİDEO

26 May 2023 11:44
Baxış: 2 662
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu yarımfinal görüşü "Ankaragücü" ilə "Başakşəhər" arasında baş tutub.

Bu komandaların ilk oyununda İstanbul təmsilçisi 1:0 hesabıyla qalib gəlmişdi. Cavab görüşünün əsas vaxtı isə Ankara təmsilçisinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Əlavə vaxtda daha bir qol vuran "Başakşəhər" finala yüksəlib.

Beləliklə, finalda iki İstanbul təmsilçisi - "Fənərbağça" ilə "Başakşəhər" üz-üzə gələcəklər. Həlledici matç iyunun 11-də keçiriləcək.

Türkiyə kuboku
Yarımfinalın cavab oyunları
24 may

Fənərbağça - Sivasspor 3:0
Qol: F.Kadıoğlu, 47. Batşuayi, 58. Kinq, 85.
İlk oyun - 0:0.

25 may

Ankaragücü - Başakşəhər 2:2
Qol: Sou, 11. Xatsicovanis, 90 - S.Gürler, 61. Keni, 109.
İlk oyun - 0:1.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.