İdman

"Barselona" - çempion! - VİDEO

15 May 2023 07:22
Baxış: 1 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya çempionatının 34-cü turu çərçivəsində "Barselona" futbol klubu səfərdə "Espanyol"a 4:2 hesabı ilə qalib gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qalib komandanın heyətində qolları Robert Levandovski (11-ci, 41-ci dəqiqələr), Alexandro Balde (20), Jül Kunde (53) vurublar. Məğlub komandanın heyətində Xavyer Puado (73) və Xoselu (90+2) fərqləniblər.

Turnir cədvəlinin liderlik edən "Barselona" 34 oyundan sonra 85 xal toplayıb və 71 xalla ikinci yerdə olan "Real Madrid" üçün əlçatmaz olub. Kataloniyalılar çempionatın bitməsinə dörd tur qalmış vaxtından əvvəl titul qazanıblar.

"Barselona" tarixində 27-ci dəfə La Liqanın qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.