İdman

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının tanıtım videoçarxı hazırlanıb

4 May 2023 11:16
Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17-21 may tarixlərində doğma məkan Milli Gimnastika Arenasında ilin ən gözlənilən yarışlarından biri olan bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a verilən məlumata görə, "Shine like a star"" (Ulduz kimi parla") şüarı altında 38 ölkədən bədii gimnastika ulduzlarının iştirakı ilə keçiriləcək qitə çempionatının yerli təşkilat komitəsi tərəfindən tanıtım videoçarxı hazırlanıb.

Qeyd edək ki, videoçarxda Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandasının üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.