İdman

Ronaldu yenə narazıdır

12 Aprel 2023 07:21
Baxış: 1 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əl-Nəsr"in portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldu baş məşqçi Rudi Qarsiyadan və komandasının göstərdiyi oyundan narazıdır.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "AS" nəşri xəbər yayıb.

Mənbənin sözlərinə görə, Ronaldu komandanın daha yüksək səviyyəli oyun nümayiş etdirmək və milli titul qazanmaq potensialına malik olduğuna inanır. Portuqaliyalı "Əl-Nəsr"in yarımfinalda uduzaraq kubok uğrunda mübarizə apara bilməməsindən narazıdır. Belə ki, komanda "Əl Feiha" və "Əl Fateh"lə heç-heçə edib, "Əl İttihad"a da məğlub olub.

"Əl-İttihad" hazırda Səudiyyə Ərəbistanı liqasına başçılıq edir və turnirin bitməsinə cəmi 7 oyun qalmış Ronaldunun komandasını 3 xal qabaqlayır.

Qeyd edək ki, 2022-ci ilin noyabrında 37 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsinə xitam verilib.Yanvarın 2-də Ronaldu ildə 200 milyon avro alacağı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından "Əl-Nəsr"in oyunçusu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.