İdman

AVRO-2024: Azərbaycan növbəti oyununu keçirəcək

27 Mart 2023 08:35
Baxış: 1 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Milli.Az "report"a istinadən bildirir ki, Canni De Byazinin yetirmələri İsveç yığmasının qonağı olacaqlar.

F qrupunun ilk turunda böyük hesabla məğlub olan iki komanda Solnada üz-üzə gələcək. "Frends Arena"da baş tutacaq qarşılaşmada Azərbaycan millisi Avstriyaya 1:4 hesablı məğlubiyyəti unutdurmaq niyyətindədir. Üç gün əvvəl doğma arenasında Belçikaya 3 cavabsız qolla uduzan Zlatan İbrahimoviçin komandası isə eyni məkanda ilk xallarını qazanmaq arzusundadır.

AVRO-2024, seçmə mərhələ

II tur

27 mart

F qrupu

22:45. İsveç - Azərbaycan

Baş hakim: Stefani Frappar

Solna, "Frends Arena"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.