Premyer Liqa: “Kəpəz” 5 ildən sonra ilk dəfə “Neftçi”dən xal alıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.
Milli.Az "Report"a istinadən xəbər verir ki, günün son oyunu "Bakcell Arena"da keçirilib.
Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "Neftçi" səkkizinci yerdə gedən "Kəpəz"i qəbul edib. Sönük keçən birinci hissədə qapılara qol vurulmayıb. Əvəzində ikinci hissə məhsuldar alınıb.
Sükutu 57-ci dəqiqədə gözlənilmədən gəncəlilər pozublar. Kapitan Yusif Nəbiyev uzaq məsafədən vurduğu baxımlı qolla hesabı açıb. Ancaq "Kəpəz"in üstünlüyü uzun çəkməyib.
Əvvəlcə 8 dəqiqə sonra "ağ-qaralar"ın kapitanı Emin Mahmudov cərimə meydanı həndəvərindən yaxın küncü dəqiq nişan alıb. 71-ci dəqiqədə Eddi İsrafilov künc nöqtəsindən ötürülən topu başla qapıdan keçirib.
Buna baxmayaraq, təslim olmayan "Kəpəz" cəmi 2 dəqiqə sonra status-kvonu bərpa edib. Salif Sisse yaxın məsafədən qüvvətli zərbə ilə rəqibi mərkəzə dəvət edib.
Hər iki komandanın cəhdlərinə baxmayaraq, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra "Neftçi" 56 xalla üçüncü pillədə qalıbsa, aktivindəki xalların sayını 22-yə çatdıran "Kəpəz" yeddinci yerə yüksəlib.
Beləliklə, güclü rəqibini Bakıda büdrədən "Kəpəz" "Neftçi" ilə oyunlardakı ardıcıl 5 oyunluq məğlubiyyət seriyasına son qoyub və 5 ildən sonra ilk dəfə rəqibindən xal alıb.
Qeyd edək ki, buna qədər "Qarabağ" "Sumqayıt"ı (6:0), "Sabah" "Zirə"ni (2:0) səfərdə məğlub edib, "Səbail"lə "Turan Tovuz" arasındakı görüş heç-heçə (1:1) nəticələnib. Tura martın 17-də keçiriləcək "Qəbələ" - "Şamaxı" matçı ilə yekun vurulacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında öldülər
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM





