İdman

Okan Burukdan “Qarabağ”la oyun haqda AÇIQLAMA

14 Mart 2023 23:10
Baxış: 1 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Qarabağ"la keçiriləcək xeyriyyə matçı ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, türkiyəli mütəxəssis "CBC Sport"a açıqlamasında azərbaycanlı azarkeşləri oyuna dəcət edib:

"Türkiyədə baş verən zəlzələdən zərərçəkənlər üçün yardım məqsədilə martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la keçiriləcək dostluq matçında bütün Azərbaycan xalqını gözləyirik. Qardaşlığımızı, dostluğumuzu, sevgimizi orada bərabər göstərərik". 

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.