İdman

"Azərbaycan birinciliyi dünya çempionatına hazırlıqda mühüm mərhələdir"

14 Mart 2023 20:47
Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kişi idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı Çempionatı dünya çempionatına hazırlıqda mühüm mərhələdir.

Bu barədə Trend-ə yarışların iştirakçısı, 17 yaşlı idmançı Anar Həsənov deyib.

"Bu, bir daha öz gücünü yoxlamaq, Antalyada keçiriləcək Dünya Çempionatı öncəsi proqram elementlərini məşq etmək üçün imkandır. Orada müxtəlif hərəkətlər üzrə çıxış edəcəm və hər bir alətdə məşqləri yaxşı yerinə yetirməliyəm. Məşqçi bugünkü çıxışımdan razı qaldı. Dünya Çempionatında da yaxşı nəticə göstərəcəyimə ümid edirəm", - Bakı Gimnastika Məktəbinin yetirməsi deyib.

Qeyd edək ki, 14-16 mart tarixləri arasında Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında ki̇şi̇ i̇dman gi̇mnasti̇kası və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇, qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatı keçirilir.

Yarışlarda "Ocaq Sport" Klubu, "Neftçi" İdman klubu, Bakı Gimnastika Məktəbi, "Qarabağ" İdman Klubu (Bərdə), 13 nörməli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri iştirak edirlər.

Kişi idman gimnastikasının nümayəndələri yarışlarda kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında yarışlarda çıxış edəcəklər.

Qadın idman gimnastikasının nümayəndələri uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.

Yarışlarda akrobatika gimnastikası üzrə idmançılar balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.