İdman

Futbolçu cinsi zorakılıqda ittiham olundu

28 Fevral 2023 13:40
Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi zorlamada şübhəli bilinir.

Məlumata görə, bazar günü 23 yaşlı qadın futbolçunun iştirakı ilə onun razılığı olmadan cinsi əlaqədə olduğunu iddia edərək polisə müraciət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, eyni zamanda qadın ərizə verməkdən imtina edib, lakin polis məmuru bu barədə səlahiyyətli orqanlara məlumat verib və nəticədə prokurorluq məsələ ilə maraqlanıb.

Zərərçəkmiş olduğu iddia edilən şəxsin sözlərinə görə, yanvarın 16-da Hakimi onunla "Instagram"da söhbət edib və fevralın 25-də mərakeşlinin çağırdığı taksi ilə onun evinə gəlib.

Əşrəfin evində "vəziyyət nəzarətdən çıxıb" və futbolçu etirazlara baxmayaraq qonağa qarşı cinsi zorakılığa yol verib.

Nəhayət, qadın PSJ-nin müdafiəçisini itələyərək dostuna mesaj göndərib və sonuncu hadisə yerinə gələrək xanımı oradan aparıb.

Hazırda Hakimiyə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.