İdman

"Daha güclü şəkildə qayıdacağıq" - Bəhlul Mustafazadə

25 Fevral 2023 20:07
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"inə uduzaraq (0:1, penaltilər seriyası - 3:5) mübarizəni dayandırdıqları cavab oyunu ilə bağlı "İnstaqram" hesabında paylaşım edib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, millisinin də üzvü olan 26 yaşlı müdafiəçi komandanın fotosunu paylaşaraq yazıb: "Bu son deyil. Biz daha güclü şəkildə qayıdacağıq".

Qeyd edək ki, "Qarabağ"la "Gent" arasında keçirilən ilk oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Cavab görüşündə isə "Gent" eyni hesabla qalib gəlib. Əlavə vaxtda da mərhələ adlayan tərəf müəyyənləşməyib. Bu səbəbdən penaltilər seriyasına ehtiyac duyulub. Penaltiləri daha dəqiq yerinə yetirən "Gent" (5:3) 1/8 finala vəsiqə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.