İdman

"Qarabağ" "Gent"lə oyuna ciddi itkiylə çıxacaq

19 Fevral 2023 23:45
Baxış: 2 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın "Gent" komandasına qarşı keçirəcəyi səfər oyunundan öncə ciddi itki ilə üzləşib.

Milli.Az fanat.az-a istinadən bildirir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç sıradan çıxıb.

Monteneqrodan olan 27 yaşlı futbolçu məhz "Gent"lə Bakıda baş tutan ilk oyunda zədə almışdı. Bu üzdən də o, qarşılaşmanın 78-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, ilkin müayinələrdən sonra Yankoviçin zədəsinin ciddi olduğu müəyyənləşib. Bu üzdən də o, "Gent"lə səfər oyunu üçün "Qarabağ"ın iştirak ərizəsinə daxil edilməyib. Futbolçunun yaşıl meydanlardan nə qədər kənarda qalacağına isə təkrar müayinələrdən sonra aydınlıq gələcək.

Xatırladaq ki, "Qarabağ" "Gent"ə ilk oyunda 1:0 hesabıyla qalib gəlib. Cavab qarşılaşması fevralın 23-də Belçikada keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.