"Borussiya" (Dortmund) qardaş ölkə Türkiyədə və Suriyada baş verən zəlzələlərdən zərərçəkənlərə yardım edəcək.
Bu haqda klub məlumat yayıb.
"Borussiya" futbolçularının oyunlarda geyindiyi qara rəngli formalarını hərracda satışa çıxaracaq. Satışdan əldə olunacaq gəlir zəlzələlərdən zərərçəkənlər üçün Türkiyə və Suriyaya göndərəcək. Həmçinin Bundesliqa təmsilçisi insanları Türkiyə və Suriyaya daha çox dəstək olmağa səsləyib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə və Suriyada güclü zəlzələ baş verib. Fəlakət nəticəsində həyatını itirənlərin sayı 42 min nəfəri keçib.
Milli.Az