İdman

Ozan Can "Eyndhoven"i məğlubiyyətdən xilas edə bilmədi

18 Fevral 2023 08:50
Baxış: 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün də formasını geyindiyi "Eyndhoven" Niderland birinci divizionunda 25-ci tur oyununa çıxıb.

Komanda bu dəfə səfərdə "TOP Oss"la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ozan Can da bu oyunun iştirakçısı olub. 24 yaşlı yarımmüdafiəçi meydana start heyətində çıxıb və 69-cu dəqiqədə Mohamed Lamin Diabi ilə əvəzlənib.

Qeyd edək ki, "Eyndhoven" hazırda turnir cədvəlində 39 xalla 6-cı, "TOP Oss" isə 24 xalla 19-cudur. 

"TOP Oss" - "Eyndhoven" - 2:0

Qollar: Leuven, 66, Marqarita, 70

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.