İdman

Zəlzələdə ölən futbolçunun adı stadiona verildi

13 Fevral 2023 18:00
Baxış: 1 041
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə baş verən zəlzələdə həlak olan "Kahramanmaraş İstiklalspor" klubunun futbolçusu Saruhan Bolatın adı Giresundakı stadionlardan birinə verilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Giresunda Yağlıdərə rayonunun bələdiyyə sədri Yaşar İbaş açıqlamasında deyib.

O bildirib ki, bundan sonra arenanın adı Saruhan Bolat rayon stadionu olacaq. "Kahramanmaraş İstiklalspor" Türkiyənin həvəskarlar liqasında çıxış edir. Adıçəkilən komandanın daha iki oyunçusu Taner Kahriman və Hakan Doğan da dağıntılar altında qalaraq ölüblər.

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədəki zəlzələ nəticəsində 31 643 nəfər ölüb, 80 278 yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.