Gənclər paytaxtının simvolik açarı Mingəçevir şəhərinə təqdim edilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir təşkil olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.
Rəsmi hissədə Azərbaycan Respublikasının Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli, gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışlar ediblər.
Ə.Hüseynli "Heydər Əliyev ili"ndə Mingçevirin Gənclər Paytaxtı seçilməsinin əlamətdar hadisə olduğunu qeyd edərək bildirib ki, mingəçevirlilərin üzərinə böyük məsuliyyət düşür. O vurğulayıb ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız məhz gənclərimizin şücaəti sayəsində azad edildi.
Ə.Hüseynli qeyd edib ki, gənclərimiz təkcə döyüş çeydanında deyil, informasiya müharibəsində də qələbə qazandılar.
"Mübarizəmiz indi də davam edir. Bu gün Xankəndi-Laçın yolunda ekoloji terrora yox deyən, bir neçə gün öncə İrandakı səfirliyimizə terror hücumunun qarşısını alanlar da Azərbaycan gəncləridir" - deyə o qeyd edib.
Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov isə bildirib ki, gənclər siyasəti Azərbaycanda daim dövlət siyasətinin tərkib hissəsidir. "Müstəqil Azərbaycanın gənclər siyasətinin çox zəngin bir tarixcəsi vardır. Bu tarixcə 1993-cü ildən başlayır", - deyə nazir bildirib.
O qeyd edib ki, MDB məkanında Gənclər Günü ilk dəfə Azərbaycanda təsis olunub. "İlk dəfədir ki, biz Gənclər Gününü Bakıdan kənarda qeyd edirik. Bunun üçün ölkəmizin bir sıra regionlarından gənclərimiz burada iştirak edir. İl ərzində Mingəçevirdə müxtəlif tərdbirlər keçirəcəyik. Azərbaycanın çox bacarıqlı, aktiv gəncləri var" - deyə o qeyd edib.
Gənclər Fondunun Prezidenti Fərid Cəfərov da çıxışında gənclər siyasətinin uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Sonra Gənclər və İdman Nazirliyi tərəfindən təsis olunan "İlin gənci" nominasiyasına layiq görülən gənclər təltif olunublar.
Sonda Gənclər Paytaxtının simvolik açarı Mingəçevir şəhərinə təqdim edilib.
FOTO: Zaur Mustafayev
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mbappe şam yeməyinə dəvət etmək istədiyi məşhurları açıqladı
-
"Borussiya"nın yeni baş məşqçisi bəlli oldu
-
Bakıda onuncu yarış: 2026 Azərbaycan Qran-Prisi öncəsi əsas məqamlar - (Fotolar)
-
Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
XƏBƏR LENTİ
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)
-
Mərkəzi Bank faiz qərarını açıqladı
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
"Kurtlar vadisi"nin aktyorunun yeni serialı bəlli oldu - (Foto)
-
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
-
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
-
Azərbaycanda qara metallurgiya üçün əlavə güzəştlər tətbiq ediləcək
-
Kolleclərdə boş qalan yerlərə qəbul elan edildi
-
Naxçıvanda qızıl və mis yataqları istismara cəlb ediləcək
-
Mbappe şam yeməyinə dəvət etmək istədiyi məşhurları açıqladı
-
Arvadını yemək hazırlamadığı üçün bıçaqlayan ər sərbəst buraxıldı
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq
-
Xatun Özbəkistanda televiziyasında: Beynəlxalq mükafat aldı - (Video)
-
Söyüdlü qızıl yatağında yeni zavod qurulacaq
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib
-
Azərbaycanda musiqiçi evində ölü tapıldı
-
Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu
-
DYP-dən piyadalara xəbərdarlıq: Bu səhv ağır nəticə yarada bilər
-
"Borussiya"nın yeni baş məşqçisi bəlli oldu
-
“28 May”-“Nizami” arasında nə dəyişəcək? - Detallar açıqlandı
-
Elza fərqli tərzi ilə yenidən gündəmdə - (Video)
-
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
-
“Avtovağzal” metrosunda ödənişsiz giriş tətbiq edildi - Son vəziyyət - (Video)
-
Bakıda onuncu yarış: 2026 Azərbaycan Qran-Prisi öncəsi əsas məqamlar - (Fotolar)





