İdman

Yubiley oyununda futbolçular arasında kütləvi dava olub - VİDEO

9 Yanvar 2023 21:02
Baxış: 990
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kosta-Rika komandaları "Quanakasteka" ilə "Liberiya" arasında keçirilən yubiley oyununda futbolçular arasında kütləvi dava düşüb.

Milli.Az report-a istinadən bildirir ki, birincilərin 50 illiyinə həsr olunan qarşılaşmanın birinci hissəsində oyunçular əlbəyaxa olublar.

Hadisə "Liberiya" 2:1 hesabı ilə öndə olarkən 26-cı dəqiqədə baş verib. Kiçik mübahisə tezliklə dava-dalaşla əvəzlənib və hər iki komandanın oyunçuları futbol deyil, boks və karate hərəkətlərindən istifadə edərək, bir-birlərini vurublar.

Sonda tərəflər yubileyin korlanmaması üçün görüşün 3:3 hesabı ilə başa çatmasına razılaşıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.