İdman

"Mançester Siti" səfərdə "Lids"i məğlub edib

29 Dekabr 2022 07:45
Baxış: 718
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti" İngiltərə Premyer Liqasının XVII turunun matçında səfərdə "Lids Yunayted"ə 3:1 hesab ilə qalib gəlib.

Oyun "Elland Road" stadionunda keçirilib.

Qarşılaşmada hesabı ilk hissənin sonunda qonaqların yarımmüdafiəçisi Rodri açıb. Bu, ilk hissədə vurulan yeganə qol olub.

Fasilədən sonra "Mançester Siti"nin hücumçusu Erlinq Holann dubl edib. 71-ci dəqiqədə "Lids"in müdafiəçisi Paskal Streyk qonaqları oyuna meydanın mərkəzindən başlamağa məcbur edib.

"Mançester Siti" Premyer Liqada 15 oyundan sonra 35 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Lids Yunayted" (15 xal) 15-ci yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.