İdman

Məşhur futbolçu karyerasını başa vurdu

23 Dekabr 2022 23:43
Baxış: 1 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa millisinin sabiq futbolçusu Blez Matyuidi peşəkar karyerasını başa vurub.

Milli.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Futbol, ​​səni sevdim. Mənə çox şey verdin. Keçdiyim yola baxanda gözümdən yaş süzülür. Bütün arzularımı yerinə yetirdim. Bu səhifəni çətinliklə, amma qürurla çevirirəm. Bu yolda məni müşayiət edən insanlara təşəkkür edirəm", - deyə futbolçu yazıb.

Qeyd edək ki, Fransa yığması ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olan Blez Matyuidi son olaraq ABŞ-ın "İnter Mayami" klubunda çıxış edib. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory