İdman

FIFA Nüsret Gökçe haqqında araşdırma başlatdı - VİDEO - FOTO

23 Dekabr 2022 19:06
Baxış: 1 380
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünya çempionatının finalından sonra icazəsiz meydana çıxan tanınmış türkiyəli aşpaz Nüsret Gökçe FİFA-nın hədəfinə tuş gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təşkilat onun Qətərdəki davranışı səbəbindən araşdırma başladıb.

Qeyd edək ki, futbol üzrə dünya çempionatının keçirildiyi ölkədə restorana sahib Nüsret Argentina - Fransa finalından sonra meydançaya daxil olaraq futbolçular və Dünya Kuboku ilə foto və videolar çəkdirərək sosial şəbəkə səhifəsində yayıb.

FIFA aşpazın meydançaya necə daxil olmasını araşdırmaq niyyətindədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.