İdman

İspaniya nəhəngi Amrabata elçi düşdü - Klubu bu qiymətə satacaq

19 Dekabr 2022 02:55
Baxış: 1 777
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İtaliyanın "Fiorentina" klubunun və Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını İspaniyada davam etdirə bilər.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Toni Xuanmarti yayıb.

Xəbərə görə, Amrabatın xidmətində "Barselona" maraqlıdır. 26 yaşlı futbolçunun DÇ-2022-dəki çıxışından məmnun qalan kataloniyalıların Florensiya təmsilçisinə rəsmi təklif hazırladığı bildirilib. Mənbə "Fiorentina"nın Sofyanı 40 milyondan ucuz satmaq istəmədiyini də vurğulayıb.

Qeyd edək ki, dünən 3-cü yer uğrunda görüşdə Xorvatiyaya 1:2 hesabı ilə uduzan Mərakeşin mundiala qatılan bütün futbolçularının transfer qiyməti 3-4 dəfə artıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.