İdman

Rafael Ağayevin rəqibi ayağını stolun üstünə qoydu - FOTO

17 Dekabr 2022 08:03
Baxış: 841
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Karate üzrə beşqat dünya və onbirqat dünya çempionu Rafael Ağayevin "Karate Kombat"da rəqibi olan Reymond Daniels mətbuat konfransında ayaqlarını qaldıraraq masanın üzərinə qoyub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, o bununla yeni doğulmuş qızının şəklini corabında gəzdirdiyini nümayiş etdirməyə çalışıb.

Qeyd edək ki, amerikalı Reymond Daniels Rafael Ağayevdən 5 yaş böyükdür. O, 2017-ci ildə "Bellator"un kikboksinq yarışlarının yarımağır çəkidə çempionu olub. O, peşəkar kikboksinqdə 35 qələbə qazanıb, 3 məğlubiyyət alıb. Son illər gücünü MMA-da da sınamış Daniels burada 3 qələbə qazanıb, 1 dəfə məğlu olub.

Xatırladaq ki, tərəflər yarımağır çəkidə kəmər döyüşünə dekabrın 17-də çıxacaq. ABŞ-da keçiriləcək döyüş gecəsi Bakı vaxtı ilə saat 10:00-dan etibarən başlayacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.