İdman

Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub

28 Noyabr 2022 12:11
Baxış: 1 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daeinin özü və ailəsi təhdid olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, 53 yaşlı veteran hücumçu bu barədə şəxsi instaqram səhifəsində bildirib.

Keçmiş forvard saysız-hesabsız təhdidlər aldıqlarını vurğulayıb.

Daei bunların bəzi qurumlar, media və naməlum şəxslər tərəfindən həyata keçirildiyini yazıb.

Qeyd edək ki, Əli Daei İranda baş verən hadisələrdə etirazçılarla həmrəy olduğunu bildirib və bu səbəbdən onun pasportu əlindən alınıb. İran yığmasının əfsanəvi futbolçusu ölkədəki vəziyyətə görə Qətərdə keçirilən dünya çempionatına getmədiyini də açıqlamışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.