Bakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilib
"Azərbaycan Peşəkar Boks Federasiyası"nın dəstəyi, "Karapapak Fight club & Promotion", "MCM Fight Promotion" və "TGA Promotion & Management"in birgə təşkilatçılığı ilə Bakıda UBO-nun (Universal Boxing Organization) orta-ağır çəki dərəcələrində Dünya kəməri uğrunda döyüş keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən "Azərbaycan Peşəkar Boks Federasiyası"nın 1-ci vitse prezidenti Fərhad Acalov ölkəmizdə peşəkar boksun inkişafından danışıb və bundan sonra da bu kimi yarış və tədbirlərin silsilə olaraq davam edəcəyini bildirib.
"Karapapak Fight Club & Promotion"ın prezidenti Aqil Acalov çıxışında Azərbaycanda peşəkar boksun inkişafı yolunda atılan addımlar və təşkil olunan belə əhəmiyyətli yarışlar üçün Federasiyaya təşəkkürünü bildirərək bundan sonra da bu idman növünün inkişafında əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu deyib.
Daha sonra öz çıxışlarında "TGA Promotion & Management"in prezidenti Taryel Cəfərov və "MCM Fight Club & Promotion"ın prezidenti Cavidan Məmmədov idmançıları bu günə qədərki uğurlarına görə təbrik edib və fəaliyyətlərində daha böyük uğurlar, qələbələr arzulayıblar.
Tədbirin bədii hissəsində "Cigitlər" rəqs qrupunun, Buta Band Group və Yaşar Yusubun musiqi töhfələrinin ardınca gecənin döyüşləri baş tutub.
Ümumilikdə müxtəlif çəki dərəcələrində 7 döyüş keçirilib:
1. Ağır çəki dərəcəsində Mirzəli Samir və Elnur Məmmədov arasındakı döyüşdə Elnur 2-ci raundda texniki nokautla qalib gəlib;
2. 61 kq-a qədər çəki dərəcəsində Tayfur Əliyev və Sərxan Əhmədov arasındakı döyüşdə Tayfur yekdil qərar ilə qalib gəlib;
3. Ağır çəki dərəcəsində küveytli Hamzah Albahbahani və azərbaycanlı Müqavil Musayev arasındakı döyüşdə küveytli idmançı dizindən aldığı zədə səbəbi ilə 3-cü raunda çıxmaqdan imtina edib;
4. 91 kq-a qədər çəki dərəcəsində pakistanlı Abi Cozi Xan və azərbaycanlı Taryel Cəfərov arasındakı döyüşdə Taryel 1-ci raundda Texniki nokautla qalib gəlib;
5. 70 kq-a qədər çəki dərəcəsində Seyidağa Nağıyev və Ruslan Rəhimov arasındakı döyüşdə Ruslan hakimlərin yekdil qərarı ilə qalib gəlib;
6. Orta çəki dərəcəsində Xanbala Qurbanov və Sərxan Əliyev arasındakı döyüşdə Sərxan hakimlərin yekdil qərarı ilə qalib gəlib;
7. Gəcənin əsas döyüşündə, 79.3 kq çəki dərəcəsində, 12 raundluq "UBO Light Heavy Weight World Title" uğrunda türkiyəli boksçu Hasan Kubilay Alcu və azərbaycanlı Ayxan İsmayılov üz-üzə gəliblər. Bərabər keçən döyüşdə, təəssüflər olsun ki, çiynindən aldığı zədə səbəbindən 6-cı raunda çıxa bilməyən Ayxan İsmayılov məğlub olub, Hasan Kubilay Alcu isə UBO dünya kəmərini qazanıb.
Gecədə fəxri qonaq qismində "WBC Silver Asia" ve "WBC international" çempionu və UBO dünya çempionu türkiyəli Serdar Avcı, hazırda Mayamidə yaşayan, peşəkar boksda "WBA international champion" kəməri olan həmyerlimiz Ramal Amanov, eyni zamanda idman ictimaiyyətinin tanınmış nümayəndələri, incəsənət nümayəndələri, ictimai, siyasi xadimlər iştirak ediblər.
Sonda Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin idman sahəsində də əhəmiyyətini vurğulayan Fərhad Acalov Serdar Avcıya təşəkkürünü bildirərək "Dəmir yumruq" simvolik heykəli və digər hədiyyələri təqdim edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
İdman brendi Benzemadan imtina etdi
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
XƏBƏR LENTİ
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda





