İdman

"Təcrübə hesabına qalib gəldim" - Eldəniz Əzizli

6 Noyabr 2022 19:58
Baxış: 803
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Təcrübə hesabına qalib gəldim".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli Bakıda keçirilən Dünya Kubokunun finalında Poya Marza qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

55 kq çəki dərəcəsində çıxış edən idmançı qarşılaşmanın gərgin keçdiyini bildirib: "İranlı rəqibim zəif deyil. Bir ay bundan əvvəl 23 yaşadək güləşçilər arasında dünya çempionu olub. Gənc idmançıdır. Bu il artıq çox yarışda güləşmişik. Amma İran millisi gənc və istirahət etmiş kollektivdir. Buna görə bir az nisbətən çətin keçdi. Yekunda qalib gələcəyimizə inanıram".

Əzizli komandada bir az yorğunluğun olduğunu etiraf edib: "Ardıcıl çox yarışda iştirak etmişik. Dünya çempionatından az müddət sonra bu turnirdə mübarizə aparırıq. Bu səbəbdən hazırlıq tam istədiyim kimi getməyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.