İdman

Ronaldo “Mançester Yunayted”ə qayıtmasını fəlakət adlandırdı

30 Oktyabr 2022 18:44
Baxış: 1 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İngiltərə klubuna qayıtmasını fəlakət adlandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri jurnalist Conatan Kleqin gələn ay çıxacaq kitabına istinadən xəbər verib.

Belə ki, 37 yaşlı portuqaliyalı klubun sabiq baş məşqçisi Ralf Ranqnikin rəhbərliyi altında "Mançester Yunayted"in düşərgəsində keçdiyi dövrü mənfi qiymətləndirib.

Ronaldo 2009-cu ildə Real Madridə getdikdən sonra klubun dəyişməməsindən əsəbiləşib.

Hücumçu həm də komanda yoldaşlarından bir neçəsinin eyni hazırlıq səviyyəsini saxlamasından qəzəblənib. Bundan başqa, Ronaldo "qırmızı şeytanlar"ın məşq obyektlərinə sərmayə qoyulmamasından narazıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.