İdman

PSJ və Mbappe arasında gərginlik pik həddə çatdı

16 Oktyabr 2022 11:56
Baxış: 1 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kilian Mbappe tez bir zamanda PSJ klubundan ayrılmaq istəyir.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Paris təmsilçisi ilə müqaviləsindən azad olmaq üçün özünü satın almağı düşünür.

"Real"ın qış transfer dönəmində fransalı futbolçu üçün bir addım atmayacağını bildirilir.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2025-ci ildə başa çatmalıdır. İddiaya görə, oyunçu klub rəhbərliyindən onu buraxmasını xahiş edib. Buna tərəflər arasında münasibətlərin tamamilə korlanması səbəb olub. PSJ isə Kiliana 400 milyon avro satış qiyməti qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.