İdman

“Qarabağ”la “Neftçi”dən inamlı qələbə

16 Oktyabr 2022 19:27
Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə Azərbaycan derbisində "Kəpəz" "Neftçi" ilə üz-üzə gəlib. Gəncə təmsilçisi uzun fasilədən sonra doğma meydanda matça çıxıb. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Turun son matçında isə lider "Qarabağ" "Sumqayıt"la üz-üzə gəlib. Hesabı qonaqların açdığı oyunda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Daha öncə "Qəbələ" "Şamaxı"yla (1:1), "Səbail" isə "Turan Tovuz"la (2:2) səfərdə heç-heçə edib, "Sabah" isə "Zirə"yə 1:0 hesabıyla qalib gəlib.

Azərbaycan Premyer Liqası
10-cu tur
16 oktyabr

"Kəpəz" - "Neftçi" 0:2
Qol: E.Mahmudov, 17. K.Sayef, 82.
Qırmızı vərəqə: Z.Əliyev, 62.
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov.
Gəncə şəhər stadionu, 15:00.

Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 80. Tural Rzayev, 74. Yusif Nəbiyev, 2. Zamiq Əliyev, 37. Ruslan Süleymanov, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Müşviq Nadirov, 32. Elvin Yunuszadə, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 24. Mixeil Erqemlidze.
Baş məşqçi: Tərlan Əhmədov.
Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 51. David Orucov, 78. Elcan Əbilov, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

"Qarabağ" - "Sumqayıt" 3:1
Qol: R.Şeydayev, 67; 88-pen. M.Qurbanlı, 73 - A.Aqanspahiç, 56.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
Bakı. "Azersun Arena", 17:30.

Qarabağ: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 17. Murad Xaçayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 30. Filipe Çabi, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç.
Baş məşqçi: Samir Abasov.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.