İdman

Kasilyasın paylaşımı müzakirələrə səbəb oldu - FOTO

9 Oktyabr 2022 21:26
Baxış: 1 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya millisinin sabiq qapıçısı İker Kasilyasın tviter hesabında "Ümid edirəm ki, mənə hörmət edirlər: mən geyəm" yazması təəccüblə qarşılanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, veteran futbolçu qısa müddət sonra hesabının sındırıldığını bildirib.

"Hesabım sındırılıb. Xoşbəxtlikdən hər şey qaydasındadır. Bütün abunəçilərimdən üzr istəyirəm. Və təbii ki, ən çox - LGBT icması qarşısında" - Kasilyas bildirib.

Qeyd edək ki, digər əfsanəvi ispan futbolçu Karles Puyol İkerin ilk paylaşımına maraqlı şərh yazıb:

"Artıq hekayəmizi danışmağın vaxtıdır, İker".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.