"Millidəsənsə, özünü düzgün aparmalısan" - De Byazi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin son oyununda sabah Qazaxıstanı qəbul edəcək. Matçdan öncə keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb:
- İki gün öncə qrupun ən yüksək reytinqli komandasını məğlub etdiniz. Zaman lazım olduğunu dediniz. Nə üçün lazımdır zaman, final mərhələsini görməyə, yoxsa daha güclü rəqibləri keçməyə?
- Evi tikəndə bünövrəni qurmaq lazımdır. Bu, bir gündə baş verə bilməz. Əsasən də böyük ev tikmək istəyirsənsə, çox vaxt lazımdır. İlk dörd oyunda yaxşı oynadıq. Slovakiyaya uduzanda müdafiədə diqqətsizlik etdik. Daha diqqətli olsaydıq, uduzmazdıq. Renat Dadaşovun penalti epizodu var idi, olsaydı başqa cür olardı. Qazaxıstanla ilk oyunda 15 zərbə biz vurduq, 6-nı onlar. İki qol vurdular. Qazaxıstan millisi çox güclü, vuruşqandır. Belarusu məğlub etdik. Serbiyadakı matçı da uda bilərdik. Təəssüüf ki, epizodlardan istifadə edə bilmədik. Həm o oyun, həm də Qazaxıstan görüşünə görə təəssüf hissi keçiririk. Sabah qələbə qazansaq, ancaq ikinci yeri tutacağıq. 10 xal yığacağıq, üçüncü qələbəmiz ola bilər. Keyfiyyətli komandamız var. Bəzən özümüzü itiririk, oyunu daha yaxşı idarə etməliyik. Ümumilikdə, komandamdan razıyam, düzgün yoldayıq.
- Slovakiya ilə matçın ikinci yarısında top saxlaya bilmirdiniz. Qara Qarayev və Rəhim Sadıqovun dəvət olunmaması burada öz təsirini göstərdi? İkinci hissədə qorxaq futbol oynadınız...
- Düşünmüliyik ki, komandadakılarla nə edə bilərik. Komanda olanlardan razıyam. Keçmişə baxsaq, həmin oyunçularla çox oyun uduzmuşuq. İlk gündən deyirəm, millinin qapısı hamı üçün açıqdır. Bu, bağlana da bilər. Millidəsənsə, özünü düzgün aparmalısan. Bu, mənim üçün önəmlidir.
- Elvin Camalov klubda özünü yaxşı göstərir, millidə isə özünü itirir. Onu niyə milliyə dəvət edirsiz?
- Çox vuruşqan futbolçudur, gücünü meydanda qoyur. Vacib futbolçudur. Oynadı və ya oynamadı, həmişə özünü düzgün aparır. Slovakiyaya qarşı yaxşı oynadı. Ondan razıyam. "Sabah"ın da liderlərindəndir.
- Milli oyunçularına 30-35 minlik mükafat veriləcək. Bu, bir oyun üçün hesablanıb? Sizcə, bu, futbolçulara mənfi, yoxsa müsbət təsir edəcək?
- Bu barədə açıq danışmıram. Kim sizə o xəbəri deyib, danışa bilərsiz.
- Azərbaycan millisində qalmaq istəyirsiz? Qalsanız, hansı iddialarınız olacaq?
- Müqaviləm sentyabrın 30-da bitir. Oktyabrın 1-də sizə nə etmək istədiyimi deyəcəyəm.
- Demişdiz ki, milliyə çağırılmamağının səbəbini Qara Qarayevdən soruşun. Həmin məsələyə aydınlıq gətirə bilərsiz?
- Komandanın içində olan şeylər orada da qalır. Bu barədə danışmağı sevmirəm. Özü məndən soruşsa, deyərəm. Amma özü bunu sizdən də, məndən də yaxşı bilir. Heç vaxt komandada olan sirri demərəm. Düzgün deyil. Belə şeylər etsək, böyük komanda qura bilmərik. Boş-boş danışıqlardır. Özüm güzgümə baxıram, fikiləşirəm, nəyi düz etdim, nəyi səhv.
- Bu komanda sizin şəxsi komandanız deyil, ölkənindir. Yəni, birinci ağızdan sizdən eşitmək lazımdır...
- İki dəfə sizə dedim. Amma başa düşmürsüz.
- Milli heç vaxt ardıcıl üç dəfə qələbə qazanmayıb. Sabah bunu edə bilərsiniz. Bu, sizə nə dərəcədə stimul verir?
- Çox ağır oyun olacaq. Turnirin əvvəlində heç kim gözləmirdi ki, Qazaxıstan birinci yeri tutar. Amma çox xoşum gəlir. Birinci yerə layiqdilər. İki dəfə Slovakiyanı udublar. Sabah çox ağır oyun olacaq. Slovakiya ilə oyunumuzu unutmalıyıq (sportal.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
XƏBƏR LENTİ
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib





