Qazaxıstanın Aktau şəhərində təlim-məşq toplanışını başa vuran futzal üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti dəfə Qazaxıstan yığması ilə qarşılaşıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, yoldaşlıq oyunu 6:5 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Millimizin heyətində Vilela (3), Baton və Emin Kürdov fərqləniblər.
Xatırladaq ki, komandalar arasında sentyabrın 19-da keçirilmiş ilk oyun 5:3 hesabı ilə Qazaxıstan yığmasının xeyrinə nəticələnib.
Milli.Az