İdman

Krivotsyuk oynadı, komandası yenə uduzdu

18 Sentyabr 2022 21:18
Baxış: 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Polşa çempionatında 10-cu turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə "Zaqlembe" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Visla" 10 turdan sonra 17 xalla 18 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.