İdman

“Qarabağ”dan tarixi qələbə - YENİLƏNİB - VİDEO - FOTO

15 Sentyabr 2022 22:43
Baxış: 4 103

Azərbaycan çempionu "Qarabağ" növbəti avrokubok oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsinin II turunun matçına çıxıb.

Ağdam təmsilçisi Fransa "Nant"ını qəbul edib. Liqa1 təmsilçisi ilə qarşılaşma "Qarabağ"ın qrupdakı ilk ev sınağı olub.

Ötən həftə Almaniyada keçirilən "Frayburq"la matçda (1:2) olduğu kimi yenə oyunun əvvəlində rəqib daha üstün olub. Lakin fransalıların 10-15 dəqiqəlik təzyiqinin qarşısını inamla alan "Qarabağ" bu dəfə də təşəbbüsə yiyələnib.

Ağdamlıların ilk yarıda sərgilədiyi üstün futbol nəticə verməsə də, fasilədən az sonra hesab açılıb. Ovusu Kvabena "Nant"ın qapısına yol tapıb - 1:0. Qonaqlar buraxılan qoldan özünə gəlməmiş Abdullah Zubir ikinci topu fransalıların qapısından keçirib. Rəqibin matçın sonunadək təzyiq altında saxlayan "Qarabağ" Marko Yankoviçlə fərqi üç topa çatdırıb. 3:0 hesablı darmadağını rəsmiləşdirən yarımmüdafiəçi cari mövsüm qrupda ikinci qoluna imza atıb.

Qrupun digər qarşılaşması Yunanıstanda təşkil olunub. Yerli "Olimpiakos" Almaniya təmsilçisi "Frayburq"u qəbul edib. Bundesliqa klubu ardıcıl ikinci qələbəsini qazanıb - 3:0.

Qeyd edək ki, III turun görüşləri oktyabrın 6-da baş tutacaq. "Qarabağ" Yunanıstan çempionu "Olimpiakos"la qarşılaşacaq. Qarılaşma Pireydə keçiriləcək.

Avropa Liqası
Qrup mərhələsi, II tur
15 sentyabr
20:45. "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa) - 3:0
Qollar: 
Ovusu Kvabena, 60, Abdullah Zubir, 65, Marko Yankoviç, 72
Baş hakim: Enea Jorgji (Albaniya)
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Ovusu Kvabena, 19. Filip Ozobiç, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao, 7. Riçard Almeyda, 77. Ramil Şeydayev, 27. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
"Nant": 1. Alban Lyafon, 2. Fabio, 4. Nikolya Pallua, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 14. İqnatius Qanaqo, 31. Mustafa Məhəmməd, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 17. Mussa Sissoko, 27. Moyzes Simon
Ehtiyat oyunçular: 16. Remi Deskam, 30. Denis Petriç 11. Markus Koko, 55. Abdul-Kader Bamba, 3. Andrey Cirotto,5. Pedro Çirivelya, 7. Evann Gessan, 12. Dennis Appia, 29. Kenten Merlen
Baş məşqçi: Antuan Kombuare
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1

Frayburq

2

2

0

0

5-1

6

2

Qarabağ

2

1

0

1

4-2

3

3

Nant

2

1

0

1

2-4

3

4

Olimpiakos

2

0

0

2

22:21

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur

20:45. "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa) - 3:0 (İkinci hissə)

Qol: Ovusu Kvabena, 59, Abduallah Zubir, 65, Marko Yankoviç, 72
Baş hakim: Enea Jorgji (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

22:08

Avropa Liqası
Qrup mərhələsi, II tur
15 sentyabr
20:45. "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa) - 2:0
Qollar: 
Ovusu Kvabena, 60, Abdullah Zubir, 65
Baş hakim: Enea Jorgji (Albaniya)
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Ovusu Kvabena, 19. Filip Ozobiç, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao, 7. Riçard Almeyda, 77. Ramil Şeydayev, 27. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
"Nant": 1. Alban Lyafon, 2. Fabio, 4. Nikolya Pallua, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 14. İqnatius Qanaqo, 31. Mustafa Məhəmməd, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 17. Mussa Sissoko, 27. Moyzes Simon
Ehtiyat oyunçular: 16. Remi Deskam, 30. Denis Petriç 11. Markus Koko, 55. Abdul-Kader Bamba, 3. Andrey Cirotto,5. Pedro Çirivelya, 7. Evann Gessan, 12. Dennis Appia, 29. Kenten Merlen
Baş məşqçi: Antuan Kombuare
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

22:06

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur

20:45. "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa) - 1:0 (İkinci hissə)

Qol: Ovusu Kvabena, 59 
Baş hakim: Enea Jorgji (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1

Nant

1

1

0

0

2

1

+1

3

2

Frayburq

1

1

0

0

2

1

+1

3

3

Olimpiakos

1

0

0

1

1

2

-1

0

4

Qarabağ

1

0

0

1

1

2

-1

0

20:59

Avropa Liqası
Qrup mərhələsi, II tur
15 sentyabr
20:45. "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa) - 0:0
Baş hakim:
 Enea Jorgji (Albaniya)
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Ovusu Kvabena, 19. Filip Ozobiç, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao, 7. Riçard Almeyda, 77. Ramil Şeydayev, 27. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
"Nant": 1. Alban Lyafon, 2. Fabio, 4. Nikolya Pallua, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 14. İqnatius Qanaqo, 31. Mustafa Məhəmməd, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 17. Mussa Sissoko, 27. Moyzes Simon
Ehtiyat oyunçular: 16. Remi Deskam, 30. Denis Petriç 11. Markus Koko, 55. Abdul-Kader Bamba, 3. Andrey Cirotto,5. Pedro Çirivelya, 7. Evann Gessan, 12. Dennis Appia, 29. Kenten Merlen
Baş məşqçi: Antuan Kombuare
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

07:05

Bu gün Avropa Liqasında II turun oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan çempionu "Qarabağ" ilk ev matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Fransa "Nant"ını sınağa çəkəcək. Ötən həftə Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzan ağdamlılar ilk xallarını qazanmaq üçün mübarizə aparacaq.

Cari mövsümdə evdə uduzmayan "Qarabağ" uğurlu seriyanı davam etdirmək və favorit sayıldığı qarşılaşmadan itkisiz ayrılmağa çalışacaq. İlk turda "Olimpiakos"u məğlub edən qonaqlar isə səfər sindromunu qırmaq arzusundadır.

Qeyd edək ki, qrupun digər oyununda "Olimpiakos" Yunanıstanda Almaniya təmsilçisi "Frayburq"u qəbul edəcək.

Avropa Liqası
Qrup mərhələsi, II tur
15 sentyabr
20:45. "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa)
Baş hakim:
 Enea Jorgji (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics