İdman

Çempionlar Liqasının “Reyncers” - “Napoli” matçının vaxtı dəyişdirildi

11 Sentyabr 2022 17:40
Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Çempionlar Liqasının II turunda Şotlandiya "Reyncers"i ilə İtaliyanın "Napoli" klubları arasında keçiriləcək oyun Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniyada milli matəm elan olunduğu üçün sentyabrın 13-dən 14-nə keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Həmçinin "Napoli" azarkeşlərinin Qlazqo matçına, "Reyncers" azarkeşlərinin isə Neapoldakı cavab oyununa buraxılmaması qərara alınıb.

Qeyd edək ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Monarxın ölümü səbəbilə Böyük Britaniyada sentyabrın 9-dan 10 günlük matəm elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.