İlk dəqiqələrdən elə penalti verilirsə... - Qurban Qurbanov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Frayburq"a (Almaniya) qarşı keçirdikləri səfər oyununu şərh edib.
Milli.Az matc.az-a istinadən bildirir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Yaxşı mübarizə aparmaq istəyirdik. Rəqibdən çəkinmirdik. İlk 10-15 dəqiqə futbolçularda həyəcan yarandı. Daha sonra düzgün müdaxilələr etdik. Buraxılan iki qoldan sonra futbolçularımız toparlandılar. Qarşıdakı matçlara hazırlaşacağıq. Bacardığımız qədər irəli getməyə çalışacağıq. Rəqib komandanı və baş məşqçini təbrik edirəm".
Baş məşqçi mübahisəli penalti epizodundan da danışıb: "Nəsə desək, faydası olmayacaq. İlk dəqiqələrdə elə penalti verilirsə, bu, bizim üçün xoş hal deyil. Amma görüşün sonundakı epizoda baxmamışam. Rəqibin müdafiəçisi qarşılaşmanın sonunda bizim futbolçulara təmiz penalti olduğunu söyləyib. Bəzən kiçik epizodlar bizim kimi komandalara təsir edir. Deyəcək bir söz yoxdur. İnanırıq ki, qarşıda daha diqqətli olarlar. Bu, bizi ruhdan salmayacaq. Belə oyunlarda futbolçuların təcrübəsi artır. Bəzən 3-4 qolu qapımızda görə bilərik. Amma rəqiblərdən çəkinməyəcəyik. Hakimin qərarına isə müdaxilə edə və onu dəyişə bilmərik".
Qurbanov "Frayburq"un baş məşqçisi Kristian Ştrayxla dialoqundan söz açıb: "Rəqib baş məşqçi dedi ki, Bakıya gəlmək onun üçün maraqlı olacaq. Bizimlə qarşılaşdıqları üçün şad olduqlarını vurğuladı. Görüşdən əvvəl bildirdi ki, yaxşı komandaya maliksiniz. Mən də eyni fikirləri ona söylədim".
50 yaşlı mütəxəssis oyunda iştirak etməyən Filip Ozobiçin durumunun yaxşı olduğunu deyib: "Bu, mənim şəxsi qərarım idi. Bu gün istədiyim futbolçuları meydana buraxdım".
Baş məşqçi "Frayburq"la "Qarabağ"ın gücünün bərabər olmadığını söyləyib: "Səhv etməməyə və oyunumuzu itirməməyə çalışırıq. Mən də istəyirəm ki, gələcəkdə klublarımızın imkanları 10 dəfə artıq olsun. Heyətimizi bu cür rəqiblə müqayisə etmək düzgün deyil. Ümumi götürsək, bu gün futbolçuların sərgilədiyi oyundan razı qaldım".
Qurbanov statistikanın futbolda mühim element olduğunu deyib: "Bu, futbolçunu daha inamlı və cəsarətli edir. Bu gün Bundesliqa liderini statistikada üstələyirik. Bunu gözləyirdikmi? Buna yox deməyəcəyəm. İstək və işgüzarlılıq olanda hər şey mümkündür. Rəqibi daha üstün sayırdım və qiymətləndirirdim. Amma yenə deyirəm ki, güclü komanda olsa belə, qarşılaşmalara inamla çıxırıq. Bu gün daha istəkli idik deyə statistikada rəqibi üstələməyi bacardıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
XƏBƏR LENTİ
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?





