İdman

Güləşçimiz dünya çempionu oldu

2 Sentyabr 2022 19:26
Baxış: 1 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rumıniyanın Konstantsa şəhərində keçirilən çimərlik güləşi üzrə U-20 dünya çempionatında Azərbaycan idmançısı Fərid Cabbarov (90 kq) qızıl medal qazanıb.

Milli.Az xəbər verir ki, digər təmsilçimiz Zəfər Əliyev (+90 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib, Rübail İbrahimli (70 kq) bürünc mükafat qazanıb. Yalnız Fərid Yusifov (80 kq) medalsız qalıb.

Bu nəticə ilə Azərbaycan meydan sahibi Rumıniyadan (95 xal) sonra ikinci olub. Azərbaycan millisi 68 xal qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.