İdman

Bulvarda gimnastika festivalı keçiriləcək

18 Avqust 2022 20:54
Baxış: 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 9-da Dənizkənarı bulvarda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festival keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a verilən məlumata görə, tədbirdə bu növ üzrə yığma komandanın üzvləri, "Ocaq Sport" klubunun təmsilçiləri ilə yanaşı, respublikamızın bölgələrindən idmançılar iştirak edəcəklər. Festivalda musiqi sədaları altında müxtəlif çıxışlar təqdim ediləcək.

Əraziyə giriş sərbəst olacaq.

Tədbirin təşkilində məqsəd əhali arasında gimnastika idman növünün təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.