Azərbaycan Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarında dörd gimnastika növündə təmsil olunacaq - Nurlana Məmmədzadə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan gimnastikanın dörd növü - bədii, aerobika, kişi və qadın idman gimnastikası üzrə təmsil olunacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə deyib.
N.Məmmədzadə qeyd edib ki, bu gün, avqustun 5-də bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvləri Türkiyədə keçiriləcək yarış öncəsi Bakıda yoxlama məşqi keçirib.
"2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında gimnastlarımız bir sıra medallar qazanıblar. İslamiada-2017-dən fərqli olaraq, Türkiyədə keçiriləcək Oyunların proqramına bədii gimnastika üzrə qrup hərəkətləri də daxildir. Həmçinin, əvvəlki yarışlardan daha bir fərq ondan ibarətdir ki, Oyunlar çərçivəsində ilk dəfə olaraq aerobika gimnastikası üzrə yarışlar keçiriləcək", - deyə baş katib bildirib.
N.Məmmədzadə əlavə edib ki, Azərbaycanın qadın idman gimnastikası üzrə yığma komandasının üzvləri əvvəlcə Münhendə (Almaniya) keçiriləcək Avropa çempionatında iştirak edəcək, oradan isə Türkiyəyə gedəcəklər. Öz növbəsində, ölkəmizin kişi idman gimnastikası üzrə nümayəndələri artıq bu gün Türkiyəyə yola düşüblər. Onlar İslamiadadakı çıxışdan dərhal sonra Münhendə keçiriləcək Avropa çempionatına yollanacaqlar.
V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə Azərbaycan yığmasının heyətində: fərdi proqramda - Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova, qrup hərəkətləri üzrə komandada - Daria Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Yelizaveta Luzan, Zeynəb Hümmətova yer alıblar.
İdman gimnastikası üzrə Azərbaycan milli komandasının heyətində Mənsum Səfərov, Nikita Simonov, İvan Tixonov; qadınlardan ibarət komandada isə - Milana Minakovskaya və Samirə Qəhrəmanova olacaqlar.
Aerobika gimnastikası komandasına Xoşqədəm Quliyeva, Mədinə Mustafayeva və Vladimir Dolmatov daxildir.
Təqvimə gəlincə, əvvəlcə kişilər arasında idman gimnastikası (10-11 avqust), sonra bədii və aerobika gimnastikası (13-14 avqust), daha sonra isə qadın idman gimnastikasının nümayəndələri (17-18 avqust) çıxış edəcəklər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
93 yaşlı məşhur aktrisanın cavanlıq sirri - FOTO
-
Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
-
Bənövşəyi velvet tortunun hazırlanması
-
Keyfiyyətli kərə yağı necə seçilir?
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB





